ADI.Kartof babka

 

Ərzaqlar:

1 kq kartof
2 yumurta
3 x.q. süd
3 x.q. kərə yağı
duz
Farş üçün:
200 q bişmiş mal əti
2 baş soğan
300 q göbələk
3 x.q. bitki yağı
3 x.q. bulyon və ya su
4 x.q. suxarı
2 x.q. kərə yağı
qara istiot
duz

Hazırlanması:

Kartofun qabığını təmizləyib, yuyub, duzlu suda hazır olanadək bişirin. Suyunu süzün, kartofu isti-isti əzin. Yağ, qaynar süd, 2 yumurta əlavə edin qarışdırın.
Soğanı doğrayıb yağda şəffaf rəng alanadək qızardın, xırda doğranmış göbələk əlavə edərək 10 dəqiqə qızardın. Su və ya bulyon töküb daha 10 dəqiqə bişirin.
Əti maşından keçirin. Göbələk və soğanla qarışdırıb duzlayın, istiot vurun.
Yağlanıb suxarı tökülmüş saxsı tavaya və yaxud dərin siniyə əvvəlcə kartof püresinin yarısını, üstünə ətlə göbələk qarışığını, sonra kartof püresinin qalanını qoyun. Üzərinə suxarı səpin, kərə yağı qoyun və 230 dərəcə qızdırılmış sobada 15 dəqiqə, qızaranadək bişirin.
Süfrəyə təzə və ya konservləşdirilmiş tərəvəzlə verə bilərsiniz.

Nuş olsun..!

 

Toyuq və göbələk ruleti

Bu dadlı ruleti hazırlamaq üçün bizə hansı ərzaqlar tələb olunacaq?

3 lavaş
400 qr file
350qr göbələk
1 soğan
250 ml orta yağlılıqlı xama
2 rəngdə bolqar bibəri
Duz
Bitki yağı
Şüyüd

Hazırlanma qaydasına gəlincə:
Toyuq əti qaynadıldıqdan sonra kubik formasında doğranılır
Göbələk də eyni qaydada doğranılır
Soğanı isə mümkün qədər xırda hala gətiririk
Əvvəlcədən bitki yağı çəkilmiş tavada göbələkləri təxminən 10 dəq.qızardırıq
Tavaya toyuq əti,duz və 200 q xama əlavə edirik.

Lavaşın içinə yaxşıca xama çəkib, içliyi yayırıq. Artıq lavaşı rulet formasında bükə bilərik.

Nuş  olsun!

 

Soçi piroqu

Lazım olan ərzaqlar:
1)2 ədəd yumurta
2)1,5 st. şəkər tozu
3)200 qr yağ
4)1 st.qatıq
5)0,5 çay qaşığı soda
6)2,5 st. un
7)1 ədəd portağal və ya limon
Hazırlanması:
Əvvəlcə yumurta və şəkər tozu birlikdə çalınır.Sonlar oraya un,qatıq,yağ,soda əlavə olunur.1 ədəd portağal və ya limon qabığı sürtkəcdən keçirilərək əlavə olunur və zövqə görə qoz,fındıq,kişmiş qatılır.Hamısı bir yerdə qarışdırıldıqdan sonra əvvəlcədən yağlanıb isidilmiş tavaya verilir.
NUŞ OLSUN!

 

Novruz sufresi uçun  kala salati

Tərkibi: 

1 st. düyü
3 yumurta
200 q toyuq filesi (krab çöpləri)
50 q bərk pendir
1 orta ölçülü xiyar
1 banka qarğıdalı konservi
mayonez
ərinmiş pendir (lay-lay)
bəzək üçün pomidor və ya xiyar

*** Düyünü yuyub duzlu suda bişirin. Soyudun. 
Yumurtaları qaynadın, soyudub sürtgəcin iri gözündən keçirin, düyüyə əlavə edin.
Bişmiş toyuq filesini (yaxud krab çöplərini) nazik laylar şəklində doğrayın.
Pendiri tərəfi 1 sm olan kubik doğrayın.
Xiyarı kubik doğrayın.
Qarğıdalı konservinin suyunu süzün.
Mayonez də əlavə etməklə bütün ərzaqları qarışdırın. Salatı buluda yığın.

Kala hazırlamaq üçün pomidordan nazik şərid kəsin. Əridilmiş pendir diliminin ortasına pomidordan kəsdiyiniz şəridi qoyun, pendirin iki qarşı ucunu ağız-ağıza birləşdirin. Beləliklə, kalaya bənzər görüntü alınacaq. Bir neçə belə «kala» düzəldib salatın üzərinə yerləşdirin. Tərxundan ona gövdə və yarpaq da düzəldə bilərsiniz.


 

Nuş olsun! Bayramınız mübarək MUHAMMƏD ƏLİYEV.

2 Yumurta
200 qr yağ
3 x.qaşığı bitki yağı
4 x.qaşığı qatıq
1 qabartma tozu
1 srəkan şəkər
2 alma
1 vanil
2 ç.qaşığı darçın
2 stəkan un
Qoz və ya fındıq

 

 

1.Yumurta ilə şəkəri mikserlə çırpın.
2.Başqa bir qabda yağı əridib üzərinə bitki yağında əlavə edin.
3.Əridilmiş yağı,qatığı,vanili,qabartma tozunu yumurtalı qarışıma əlavə edib təkrar qarışdırın.Üzərinə unuda əlavə edib qaşıqla yavaş-yavaş qarışdırın.
4.Keks qabını yağlayıb hazırladığınız xəmirin yarısını tökün.
5.Soyulmuş almaları incə-incə doğrayıb keks qabındakı xəmirin üzərinə düzün.Almaların üzərinə darçın səpib qalan xəmiri də əlavə edin.Qalan almalarıda keksin üzərinə düzüb zövqünüzə görə xırda doğranmış qoz və ya fındıq səpib sobaya verin.

Nuş olsun!

Əsl spagetti necə hazırlanır?

 

Esl italyan spagettisini hazırlamaq asan deyil.
Məşhur aşpaz Rik Şteyn Bolonya üsullu spagetti hazırlamağın sirlərini açır və deyir:

"İnqradientləri çox diqqətlə seçin!"



İstifadə edilən Vəsaitlər:
1 ədəd hind toyuğu
250 qr şabalıd
2 stəkan düyü
1 ədəd soğan
1ədəd hind toyuğu ciyəri, ürəyi
1 çay stəkanı zeytunyağı
2 qaşıq fıstıq
3 qaşıq quş üzümü
1/2 qaşıq qatıq
2 qaşıq qara bibər
1/2 qaşıq tarçın
1/2 qaşıq duz
2 qaşıq kərəyağı
Soba paketi

Hazırlanması
Hind toyuğu duzla ovulup, yuyunduqdan sonra böyük bir qazanda tamamilə deyil, qismən qaynadılar. Hind toyuğunun ürəyi və ciyəri ayrıca kiçik bir qazanda qaynadılır və kiçik parçalara kəsilər. Tavaya 1 şorba qaşığı maye yağ qoyular və qovrular. Şabalıdların üzəri çəkilib suda gözlədildikdən sonra qızartma da qabıqları soyulacaq konsistensiyaya gələnə qədər bişirilər və qabıqları soyular. Düyü yuyunar və süzülər .Qazana duru yağ, fıstıq və yeməli doğranmış soğan qoyulub qovrular .Üzərinə düyü və quş üzümü də əlavə edilib qovrulmağa davam edilər. Ədviyyatları da əlavə edilib yaxşıca qarışdırılar. Üzərinə bir stəkan hind toyuğu suyundan əlavə olunub suyunu çəkincə qazdan alınıb soyumağa buraxılar. Qovrulmuşmuş hind toyuğu ürəyi, ciyəri və şabalıdlar iç xərcinə əlavə olunub qarışdırılar. Hind toyuğunu içinə iç xərci doldurular. Hind toyuğunun üzərinə kərəyağı və qatıq qarışdırılaraq sürtülər. Soba paketinin içinə yerləşdirilib ağızı möhkəmcə bağlanar. Paketin üzərinə dişqurdalayanla bir neçə dəlik açmağı unutmayın. 200 dərəcədə 2 saat bişirin.
 
     Nuş olsun !

 

Mimoza Salati

 

Tərkibi:
450 qram dərisiz və sümüksüz toyuğun döş əti
1/2 çay qaşığı duz (toyuğun qaynadığı suya əlavə etmək üçün)
1/2 stəkan xırda doğranmış qoz ləpəsi
3 ədəd orta boy kartof
2 ədəd yumurta
3 ədəd orta boy yerkökü
zövqə görə duz
6 qaşıq xama (zövqə görə bu miqdarı artırmaq da olar) + 6 qaşıq mayonez (zövqə görə bu miqdarı artırmaq da olar)
 Rəndələnmiş Holland pendiri

Hazırlanışı:
1. Toyuq ətini duz əlavə edilmiş suda bişirin. Sonra süzün və kənara qoyun. Soyuduğunda, bıcaqla uzunsov doğrayın və ya əlinizlə didin.
2. Karktof, yerkökü və yumurtaları suda bişirib qabıqlarını soyun. Sürtgəcin iri dişindən keçirib, ayrı-ayrı qablara qoyun.
3. Hazırladığınız ərzaqları aşağıda verilən ardıcıllıqla servis qabına lay-lay düzün.
toyuq ətinin    yarısı
xama-mayonez qarışığı

qozun yarısı
kartofun yarısı
duz
xama-mayonez qarışığı
yumurtaların yarısı
duz
yerkökünün yarısı
xama-mayonez qarışığı
Layları eyni şəkildə davam edin. Ən üstdə yerkökü olmalıdır.

4. Axırıncı layın üstünə və salatın kənarlarına xama-mayonez qarışığı sürtüb, üstünə Holland pendiri səpin.(əgər istəsəniz nar dənələri də səpə bilərsiniz)

Nuş Olsun!

Tərəvəz Ruleti


Tərkibi:
Lavaş – 7 ədəd
Göyərti – reyhan, soğan, keşniş, şüyüd, nanə, turşəng, şomu
Xama – 200 qr.
Bolqar bibəri – 2 ədəd
Çanaq pendiri – 200 qr.
Duz zövqə görə


Hazırlanması:
Bolqar bibərini, göyərtini xırda-xırda doğrayın. 4 lavaş götürüb xamanı üzərinə çəkin. Üstünə göyərti qarışığından və rəndələnmiş pendir töküb, digər lavaşlara xama sürtüb, üst-üstə qoyun. Rulet şəklində bükdükdən sonra doğrayıb, süfrəyə verin.
Nuş Olsun!

Qaragöz

 

 2 yumurta
1 st. süd
250 qr. yağ (kərə və ya günəbaxan)
0.5 ç.q. qabartma tozu
vanil
un nə qədər aparsa
kakao
şərbət

Hazırlanması: Yuxarıdakı ilk 6 ərzaqdan xəmir yoğrulur və xəmir 4 hissəyə ayrılır. Ayrılmış hissələrdən biri kakao ilə yenidən yoğrulur və həmin xəmir də 3 hissəyə bölünür. Daha sonra kakaosuz xəmir dördbucaq şəklinə salınır və kakaolu xəmir uzunsov hala gətirilərək, dördbucaq şəklindəki xəmirin aşağısına qoyulur. Xəmir uzununa rulet kimi qatlanır və kəsilir. Bu proses kündələr qurtarana kimi davam edir və sobada bişirilir. Bişdikdən sonra hər bir qaragöz içərisində şərbət olan dərin qaba batırılır və süfrəyə verilir. 
Nuş Olsun!


P.S: Həqiqətən də çox dadlı şirniyyatdır. Hamınıza tövsiyə edirəm ki, yeyəsiniz. Hazırlamağa dəyər.


Tərkibi:

400 q kəsmik (5-9%)
200 q kərə yağı və ya marqarin
150 q şəkər tozu
2 ç.q. qabartma tozu (və ya 1 ç.q. söndürülmüş soda)
300-350 q un

Hazırlanması:

Yağı 150 q şəkər tozu ilə yaxşıca qarışdırın. Kəsmik əlavə edib qarışdırın. Qabartma tozu, un əlavə edib xəmir yoğurun. Xəmiri 3-5 mm qalınlıqda yayın. 8x8 sm ölçüdə kvadratlar kəsin. Hər kvadratın üzərinə şəkər tozu səpin. Sonra xəmiri zərf kimi bükün (bunun üçün onun diaqonal üzrə qarşı tərəflərini birləşdrin.) Siniyə perqament döşəyin, yaxud da yağlayın. Zərfləri içinə düzüb 180 dərəcə qızdırılmış sobada 20-25 dəqiqə bişirin.

Nuş olsun!

 

Nə içim ki, həm xeyirli olsun, həm də kalorisi az olsun?-yəqin çoxlarınız bu sualı düşünmüsünüz.

Təssəvvür edin ki, orqanizmi toksinlərdən və zərərli maddələrdən təmizləyən, dəriyə və üzə təravətli rəng bəxş edən və bununla yanaşı çox dadlı olan içkilər mövcuddur.


Üzüm şirəsi: Üzüm şirəsi anti-age (yaşlanmaya qarşı) öndə gedən içkilərdən biridir. Üzüm şirəsinin tərkibində A, C və B qrup vitaminlər o cümlədən kalsi, fosfor, kalium və digər dəyərli maddələr vardır. Üzüm şirəsi həzm prosesini yaxşılaşdırır, maddələr mübadiləsinə təsir edir, şlakları təmizləyərək arıqlma prosesinə kömək edir. Qanı, qaraciyəri təmizləyir, dərini cavan saxlayır, saça və dırnaqlara sağlam həyat bəxş edir. Bundan əlavə sübüt edilmişdir ki, üzüm şirəsinin tərkibində xərçəng riskini azaldan maddələr mövcüddur. 

Şirənin hazırlanması: Ağ üzüm dənələrini blenderdə portağal ilə əzin, içinə qarpız dilimi və bir az nanə qatıb yenidən əzərək kokteyl halına gətirin. Bu kokteyl sizə toksinlərdən azad olmağa kömək olacaq. Bundan əlavə bədənə lazım olan gündəlik vitaminlə təmin edəcək, qanda xolestrinin miqdarını azaldacaq və iltihab əleyhi təsir göstərəcək.

Alma şirəsi: Şəkərsiz və qatqısız alma şirəsi üzüm şirəsində olduğu kimi detoks-effektə malikdir. Arıqlamağa kömək edir, oraqnizmi şlaklardan təmizləyir. Alma şirəsinin tərkibində kalori azdır, lakin dəmirlə zəngindir. Alma şirəsi fiziki yorğunuqdan sonra rahatlıq gətirir, infeksiya və soyuqdəymənin qarşısını alır, ürəyə və ağciyərə təsir edir. Bundan əlavə ateroskleroz, qaraciyər, sidik kisəsi və böyrəkdə daş olan xəstələrə çox xeyirlidir.

Albalı şirəsi (vişnə): Albalı şirəsi də dəmir və maqni ( qadınlar üçün ən lazımlı minerallardan biri) ilə zəngindir. Onun mütəmadi qəbulu qanda hemoqlobinin miqdarını tənzimləyir və sidik kisəsində olan infeksiyaların qarşısını alır. Bundan əlavə sübut edilmişdir ki, albalı şirəsi xərçənin bir çox növlərinin bədəndə yayılmasının qarşınını alır.



Qarağat şirəsi: (qaragilə) qarağat şirəsi sidik yolu xəstəliklərində, bağırsaq infeksiyaları zamanı çox xeyirlidir. Bu şirə bağırsaq mikroflorasını yaxşılaşdırır və qastrit zamanı çox xeyirlidir. Şəkərli diabet və allergiya əleyhinə olan bu içki həm də görmə qabliyyətini yaxşılaşdırır. Damar və kapilyarlara təsir edən bu şirə qırışların əmələ gəlməsinin qarşısını alır.

Qızmızı quru şərab : bir çox tibb işçiləri hər gün 30 ml şərab içməyi məsləhət görürlər, bu miqdarda qəbul edilən şərab xərçəng riskini azaldır. Antidoksidantlar arasında lider sayılır. Tərkibində perveratrol olan bu içki orqanizmin stresslə mübarizəsinə kömək olur, ekoloji xəstəliklərə yoluxmamaqda yardımçı olur.

Paxlava Bukməli  Toyuq Budu



Paxlava bükməli toyuq budu

Tərkibi:

2 sümüksüz toyuq budu
1 qırmızı bibər
1 sarı bibər
1 baş soğan
1 çay qaşığı dolmalıq fıstıq
1/2 dəstə yaşıl reyhan
4 diş sarımsaq
4 sarım paxlava fətiri
2 xörək qaşığı zeytun yağı
1 xörək qaşığı kərə yağı



Toyuq budlarını əzilmiş sarımsaq dişləri, reyhan və 1 xörək qaşığı zeytun yağından ibarət qarışıqda marinad edin. Rəngli bibərləri, quru soğanı və dolmalıq fıstığı qızmış tavada zeytun yağında qızardın.

Qaynanmış inqradientləri toyuq budunun içinə qoyub rulon formasında bürmələyin. 180 dərəcə qızdırılmış sobada onu 15 dəqiqə bişirin. Sonra sobadan çıxarıb soyumasını gözləyin. Daha sonra bişmiş toyuq budunu paxlava fətirinə bükün, rulon kimi bürmələyin və yenidən sobada xəmir qızarana qədər bişirin.

Nuş olsun!

moruq kokteyli

Tərkibi:

300 qr (1 stəkan) təzə və ya dondurulumuş moruq
500 ml süd
200 qr dondurma
3 x.q şəkər


Hazırlanması:

Moruq qazana qoyulur və üzərinə şəkər səpilir
Bir az qaynadılır
Sonra moruq süzgəcdən keçirilir və soyuducuda soyudulur
Soyudulmuş moruğun üzərinə dondurma əlavə edilir
Sonra 2-3 dəqiqə ərzində mikserlə çırpılır və içiləcək bakallara qoyulur
Nuş olsun!

 

Tirmaisu.


Qeyd: Vaxtınızdan səmərəli şəkildə istifadə etmək üçün, tiramisusun kremlərini, qurabiyələrini bir neçə gün əvvəldən də hazırlaya bilərsiniz.

ƏRZAQLAR:

Zabaglione (İtalyan kremi) üçün:
2 ədəd iri yumurta sarısı
3 xörək qaşığı şəkər tozu (50 qram)
dörtdə bir stəkan Marsala şərabı (Marsala şərabı məsləhət görülür, amma əgər yoxdursa tünd kofeylə əvəz edə bilərsiniz)
çay qaşığının ucunda vanil ekstraktı (duru vanil)
yarım çay qaşığı sürtkəcdən keçirilmiş limon qabığı

Vanilli krem üçün:
dörtdə bir stəkan şəkər tozu (55 qram)
1 xörək qaşığı un
yarım çay qaşığı sürtkəcdən keçirilmiş limon qabığı
yarım çay qaşığı vanil ekstraktı
1 ədəd iri yumurtanın sarısı
dörtdə üç stəkan tam yağlı süd (175 ml)

Qaymaqlı krem üçün:
1 stəkan soyuq süd qaymağı (235 ml)
dörtdə bir stəkan şəkər tozu (55 qram)
yarım çay qaşığı vanil esktraktı (duru vanil)

Tiramisu üçün lazım olan digər ərzaqlar:
1 stəkan isti tünd ekspresso kofesi (şirnisiz)
1 çay qaşığı brendi
dörtdə bir stəkan şəkər tozu (110 qram)
üçdə bir stəkan (75 qram) maskarpone pendiri
24-30 ədəd qadın barmağı qurabiyəsi
2 xörək qaşığı adi kakao tozu (şirinləşdirilmiş deyil, adi, bir az acımsı dadı olan)

KREMLƏRİN HAZIRLANMA QAYDASI:

Zabaglione kreminin hazırlanması:
Balaca qazana 3 sm qədər su tökün, qoyun qazın üstünə və qaynadın. İstiyə dayanıqlı iri kasada yumurta sarısı, şəkər tozu, Marsala şərabı, vanil ekstraktı və limon qabığını cəngəllə çalın ki, ərzaqlar bir-birinə yaxşıca qarışsın. Sonra kasanı su qaynayan qazanın üstünə yerləşdirin - elə olmalıdır ki, kasa suya dəyməsin. Yumurtalı kütləni dəyanmadan qarışdıraraq qatılaşanadək bişirin - təxminən 8 dəqiqə. Kasanı kənara çəkin. Qoyun kütlə soyusun, sonra üstünə mətbəx sellofanı örtüb 4 saat soyuducuda saxlayın.

Vanilli Kremin hazırlanması:
Şəkər un, limon qabığı və vanil ekstraktını qalın dibli qazanda çəngəllə və ya mikserlə azacıq çalın. Üstünə yumurta sarısı və südün yarısını əlavə edib, ərzaqlar bir-birinə qarışanadək çalın. Sonra qazanı az xodda olan qazın üstünə qoyun və dəyanmadan qarışdıra-qarışdıra bir az bişirin. Qalan südü də az-az əlavə edib, qarışdırmağa davam edin. Təxminən 12 dəqiqə sonra kütlə hamar və qatı olacaq. Kütləni bir kasaya boşaldıb kənara qoyun ki, soyusun. Sonra üstünə mətbəx sellofanı örtüb soyuducuda 4 saat ərzində soyudun.

Qaymaqlı kremin hazırlanması:
Kasada qaymaq, şəkər tozu və vanilla ekstraktını mikserlə kütlə özünü tutub tökülməyənə qədər çalın. Kremi kənara qoyun.

TİRAMİSUNUN YIĞILMASI

Tiramisu ölçüləri 20 X 20 sm olan dördbucaq qabda hazırlanacaq. Qabınızı hazırlayıb kənara qoyun.

Bir kasada isti (qaynar deyil) ekspresso kofesini, brendi və şəkər tozunu qarışdırın. Kənara soyuması üçün qoyun.

Ayrı iri qabda, maskarpone pendirini qaşıqla bir az əzin ki, yumuşalsın. Mikserlə də bir az çırpmaq olar. Buna, hazırladiğınız 2 kremi - zabaglione kremini ve vanilli kremi - əlavə edib, yaxşıca qarışdırın. Sonra isə qaymaqlı kremi də bu kütləyə əlavə edib, yavaşca qarışdırın. KREMİNİZ HAZIRDIR!



İndi isə qadın barmağı qurabiyələrini bir bir şirinləşdirdiyiniz ekspresso kofesinə batırıb (hərəsini 1 saniyə) hazırladığınız qabın dibinə düzün (şəkildə göstərilən qaydada). Bir lay qurabiyə dolduqdan sonra, onların üstünə kremin 3də birini çəkin. Bu qaydayla 2 lay da əlavə edin - hər qat üçün qurabiyələr kofedə islanmalı və hər qatın üstünə krem çəkilməlidir. Tiramisunuz demək olar ki, hazırdır, amma yeməyə deyil.

Tiramisunun üstünə mətbəx sellofanı çəkib soyuducuya bir gecəlik qoyun. Süfrəyə verməzdən əvvəl üstünü tamamilə örtəcək qədər acı kakao tozu ələyin. 6 tikəyə bölüb, süfrəyə verin. Yeyilməyən Tiramisunu buzluqda uzun müddətlik saxlamaq olar.

NUŞ OLSUN!

Sobada peraşki.

 

Sobada peraşki

Lazım olan ərzaqlar:

1yumurta və 1yumurta ağı

2xörək qaşığı şəkər tozu

1-2stəkan duru yağ

1-2stəkan süd

1-2 stəkan ilıq su

1xörək qaşığı maya

1cimdik duz

Un gedənədək

Hazırlanma qaydası:

 

Yumurta, şəkər tozu və duzu qarışdırırıq
Sonra mayanı suda həll edirik
Mayalı suyu,südü,duru yağı tökürük qarışığın üzərinə
Sonra unu əlavə edirik
Xəmir elə olmalidi ələ yapışmasın.qulaq ucu yumşaqlığında olmalıdı.Üzərinə salafanla örtürük.qoyuruq acımağa.
2 saat və ya saat yarım qalmalıdı acımaqda.indisə kəçək içliyin hazırlanmasına.
İçərisinə nə istəsəz qoymaq olar.Məsələn qoyun pendiri,cem,kartof puresi,ət,sosiska,holland pendiri.necə sitəsz edə bilərsiz.Mən isə sizə cemli və ətli içlik təqdim edəcəm.Əti soganla bir yerdə qovururuq.
Xəmirimiz hazırdı.
Xəmiri kündələyirik

Və qoyuruqkündəyə gəlməyə 20 dəqiqə gözləyirik
Sonra yayıb içlikyi qoyub peraşki kimi bağlayaıb qoyuruq sobaya
Bu da hazır forması.Xanımlar hazirlayın çox dadlı olur.Bulku kimi olur xəmiri çox dadlıdı.

© shie1

Конструктор сайтовuCoz